Sizin Reklam Burada

Makron Fransası kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidir

Makron Fransası kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidirCOP29-un ən vacib məqamlarından biri də Qlobal Həmrəylik anlayışının tez-tez gündəmə gətirilməsi, populyarlaşdırılması oldu. İstər COP29-un açılış mərasimində, istərsə də bu tədbir çərçivəsində keçirilən Liderlər Sammitində, kiçik ada dövlətlərinin Sammitində, Bakı Təşəbbüs Qrupunun aksiyasında, eləcə də digər yan tədbirlərdə və panel müzakirələrində iqlim dəyişmələrinə qarşı mübarizədə, ətraf mühitin qorunmasında, ekosidə və kultursidə səbəb olan münaqişələrin qarşısının alınmasında qlobal həmrəyliyin bəşəriyyətin gələcəyi üçün nə qədər vacib instrumentasiyalardan biri olduğu öz təsdiqini tapdı.

Qlobal həmrəyliyin həmçinin neoimperializmdən və neokolonializmdən əziyyət çəkən xalqların, o cümlədən də kiçik ada dövlətlərinin üzləşdikləri problemlərin dünya birliyinin gündəminə gətirilməsində də rolu danılmazdır. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə COP29 çərçivəsində Fransa və Niderlandın müstəməkçilik siyasətinə qarşı keçirilən etiraz aksiyası da qlobal həmrəyliyə hesablanan bir aksiya idi. "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" devizi altında keçirilən bu aksiya dünyada böyük rezonansa səbəb oldu.

"Demokratiya", "insan hüquqları", "söz azadlığı", "beynəlxalq hüquq" kimi universal anlayışları öz əlində "bayrağ"a çevirmiş Fransa kimi supergücün dünyanın bir sıra ərazilərində hələ də yeni müstəmləkəçilik siyasətini davam etdirməsi bu aksiyanın sayəsində bir daha dünya birliyinin diqqətinə çatdırılmış oldu. Rəsmi Parisin aşağılayıcı bir ifadə ilə "dənizaşırı ərazilər" adlandırdığı kiçik ada dövlətlərində, o cümlədən Yeni Kaledoniyada həyata keçirdiyi diskriminasiya və sömürgəçilik siyasəti çox ağır iqtisadi və ekoloji fəsadlara səbəb olur, təbii sərvətlərin talanması və ətaf mühitin dəyişikliklərə məruz qalması ilə nəticələnir. Fransanın bəzi ərazilərdə nüvə sınaqları və kimyəvi silahların sınaqlarını keçirməsi də ətraf mühitin çirklənməsində və qlobal iqlim böhranının dərinləşməsində əhəmiyyətli təsirə malikdir.

Bakı Təşəbbüs Qrupunun keçirdiyi "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" aksiyası Fransanın insanlıq əleyhinə, qeyri-humanist davranışlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılması baxımından olduqca əhəmiyyətlidir. Makron Fransası kiçik ada dövlətlərinin hüquqlarına hörmətlə yanaşmağı öyrənməlidir. COP29-da yeni müstəmləkəçiliyin beynəlxalq qınaq hədəfinə çevrilməsi Fransa üçün ciddi dərs olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində keçirilən kiçik ada dövlətlərinin Sammitində Makron rejiminin "dənizaşırı" ərazilərdə törətdiyi cinayətkar əməlləri ictimailəşdirməsi isə həmin ərazilərin xalqlarının hüquqlarının müdafiəsi baxımından olduqca önəmlidir. Prezidentin səsləndirdiyi fikirlər qlobal həmrəyliyə xidmət edir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər