Pakistanda toy avtobusu çaya düşdü: 22 nəfər öldü
Dərc olunub:
13-11-2024, 11:54
Pakistanın şimalında toya gedən qonaqları və gəlini daşıyan avtobusun Hind çayına düşüb.
Avrasiya.net bu barədə "Dawn" nəşrinə istinadən xəbər verir.
Hadisə nəticəsində azı 22 nəfər ölüb. Qəza zamanı gəlin xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Polis sözçüsü çaydan 16 cəsədin çıxarıldığını və axtarışların davam etdiyini bildirib. Pakistan prezidenti Asif Əli Zərdari həlak olanların yaxınlarına başsağlığı verib.