İsrail BMT-yə xəbərdarlıq etdi: Əməkdaşlığı dayandırırıq!
Dərc olunub:
4-11-2024, 10:27
İsrail BMT Baş Assambleyasının prezidenti Filemon Yanqa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi ilə əməkdaşlığı dayandırdığını bildirib.
Bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon açıqlayıb.
“Qəzzadakı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi HƏMAS-ın nəzarətindədir. İsrail humanitar təşkilatlarla əməkdaşlığı davam etdirəcək, lakin İsrailə qarşı terroru təşviq edən təşkilatlarla deyil”, - o bildirib.