"Harrisə Rusiya və Çinlə danışıqlar aparmağa etibar etmək olmaz"
Dərc olunub:
2-11-2024, 08:33
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, onun demokrat rəqibi Kamala Harris noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ və Rusiya və ya Çin arasında danışıqların öhdəsindən gələ bilməyəcək.
APA xəbər verir ki, Tramp bunu Viskonsin ştatının Milvaki şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.
“Kamala Harrisin Rusiya və ya Çinlə nüvə müharibəsi barədə danışmasına etibar edərdinizmi? Düşünmürəm. Bizi iqtisadi böhrandan çıxaracağına inanardınızmı? Düşünmürəm. Çox zəif və səriştəsiz, son dərəcə aşağı IQ-ya malik bir insana böyük güc verməkdən daha təhlükəli bir şey yoxdur", - deyə o bildirib.