İspaniyada güclü yağış: 62 nəfər öldü
Dərc olunub:
30-10-2024, 17:04
İspaniyanın Valensiya şəhərində güclü leysan yağış ciddi fəsadlara və insan ölümünə səbəb olub.
Xarici mətbuatın məlumatına görə, Valensiyanın şərq bölgəsində yağışın səbəb olduğu daşqınlar 62 nəfərin həyatına son qoyub.
Xilasedicilər sel sularını küçələrdən və evlərdən təmizləməyə başlayıb, bir neçə nəfərin həyatı xilas edilib.
Valensiyanın regional lideri Karlos Mazon bəzi insanların əlçatmaz yerlərdə təcrid olunmuş vəziyyətdə qaldığını söyləyib.
Daşqın səbəbindən Madrid və Barselona şəhərlərinə gedən qatarlar ləğv edilib və ən çox zərər çəkmiş bölgələrdə məktəblərin və digər vacib xidmətlər dayandırılıb.