"Seçkilərinin nəticələri Gürcüstanı Aİ və NATO-dan uzaqlaşdırır"
Dərc olunub:
28-10-2024, 09:00
Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin gedişatı və nəticələri onun Aİ və NATO-ya üzv olmaq perspektivlərini ləngidir.
Bu barədə məlumat qurumun rəsmi saytında yer alıb.
“Polşa Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanda 26 oktyabr 2024-cü ildə keçirilmiş parlament seçkilərinin gedişindən dərin narahatlığını ifadə edir”, - məlumatda deyilir.