Avstraliyada iki təyyarə toqquşub, ölənlər var
Dərc olunub:
26-10-2024, 10:17
Sidneydən 80 km cənub-qərbdə yerləşən Oakdeyl şəhərində iki yüngül motorlu təyyarənin havada toqquşması nəticəsində 3 nəfər ölüb.
TASS xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polis idarəsi məlumat yayıb.
“Hazırda polis əməkdaşları hadisə yerində işləyir, qəzanın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb”, - məlumatda bildirilib.
Hadisənin baş vermə səbəbləri və şəraiti araşdırılacaq.