Sizin Reklam Burada

Əfqanıstanın yüzlərlə əsgərinə Britaniyada yaşamaq hüququ veriləcək

Əfqanıstanın yüzlərlə əsgərinə Britaniyada yaşamaq hüququ veriləcəkİngilislərlə birlikdə döyüşən 500-ə yaxın elit əfqan əsgərinin Böyük Britaniyaya gəlişinə icazə veriləcək.

"Report"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, onlara əvvəllər rədd cavabı verilib.

Söhbət "riskli qrup" adlandırılan veteranlardan gedir - onlar maaş alıblar və Əfqanıstanda Britaniya hökuməti tərəfindən işə götürülüblər. Lakin Britaniya hakimiyyəti bunu təkzib edib.

Bu hərbçilərin bəziləri 2021-ci ilin yayında Qərb qoşunlarının çıxarılmasından sonra Əfqanıstana nəzarəti ələ keçirən “Taliban”dan gizləniblər, daha bir neçə yüz nəfər Pakistana qaçıb, amma orada deportasiya ilə üzləşib. Artıq altı nəfərin britaniyalılarla əməkdaşlığa görə zərərsizləşdirildiyi barədə də məlumatlar var.

Qeyd edilir ki, onlara Böyük Britaniyanın Əfqanıstandakı hərbi mövcudluğunun on ildən çox müddətində SAS (Xüsusi Hava Xidməti) daxil olmaqla, Britaniya qüvvələri ilə birgə döyüşmüş, sıx əməkdaşlıq edən “Üçlük” kimi tanınan 333 və 444-cü elit əfqan bölmələrinin üzvləri daxildir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər