HƏMAS BMT-yə müraciət edib
Dərc olunub:
15-10-2024, 07:38
HƏMAS BMT-yə müraciət edərək ondan İsrailin Qəzza zolağına təcavüzünə son qoymağa yardım etməyini istəyib.
Bu barədə hərəkatın Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.
“Biz Qəzza zolağında xalqımıza qarşı təcavüzü dayandırmaq üçün Birləşmiş Millətlər Təşkilatına müraciət etmişik”, - deyə o, Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
Həmdan hesab edir ki, BMT fələstinlilərə qarşı cinayətlərin qarşısını almaq üçün tədbir görməlidir.
"Baş verənlər Qəzza zolağında soyqırımın davamıdır və beynəlxalq ictimaiyyət bunu dayandırmaq üçün hərəkətə keçməlidir. İsrail təcavüzünün qarşısı alınmasa, o, qonşu ölkələrə də keçəcək”, - o bildirib.