ABŞ-ın Suriyadakı bazası ikinci hücuma məruz qalıb
Dərc olunub:
12-10-2024, 08:41
Suriyanın şərqindəki Deyr əz-Zor bölgəsində Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazası raket atəşinə tutulub.
Avrasiya.net RİA Novostiyə istinadən xəbər verir ki, bu, son dörd gündə ardıcıl ikinci hücum olub.
“Üç raket bazaya düşüb və içəridə güclü partlayışlara səbəb olub, bundan sonra helikopterlər ərazinin üzərində səmaya qalxıb”, - agentliyin mənbəsi bildirib.