Sizin Reklam Burada

"Milton" ABŞ-a 50 milyard ziyan vurub

"Milton" ABŞ-a 50 milyard ziyan vurubFloridaya zərbə vuran “Milton” qasırğasından dəyən zərər ilkin olaraq 50 milyard dollar qiymətləndirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ evin mətbuat xidməti tərəfindən yayılan bəyanatında deyilir.

Dövlət başçısı qeyd edib ki, bu, son üç ay ərzində Florida ştatına zərbə vuran üçüncü böyük qasırğadır.

Bayden vurğulayıb ki, bu, ekspertlərin ilkin qiymətləndirməsidir və son zərər məbləği 50 milyard dollardan həm çox, həm də az ola bilər. Prezident həmçinin təbii fəlakətdən zərər çəkənlərə başsağlığı verib və amerikalıların evlərinə qayıda bilməsi üçün əlindən gələni edəcəyinə söz verib.

Xatırladaq ki, “Milton” qasırğası çərşənbə axşamı gecə saatlarında Floridanın mərkəzi qərb sahillərinə çataraq Saffir-Simpson şkalası üzrə 3-cü kateqoriyaya çatıb. Qasırğadan əvvəl ştatın ərazisindən bir neçə tornado keçib ki, bu da əlavə dağıntılara səbəb olub. Hazırda 16 nəfərin öldüyü məlumdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər