Əlcəzair Fransanı hərracdan tamamilə kənarlaşdırdı
Dərc olunub:
12-10-2024, 08:36
Əlcəzair Fransanı taxıl alqı-satqısında iştirakdan tamamilə kənarlaşdırıb.
Axar.az xəbər verir ki, oktyabrın 8-də keçirilən hərraca hətta Fransa şirkətləri dəvət edilməyib.
Bundan əlavə, qalan iştirakçılar Fransa taxılını təklif etməkdən çəkinməyə çağırılıb.
Qeyd edək ki, Fransa ilə Əlcəzair arasında gərginlik Parisin bu ilin iyulunda Qərbi Saharanın Mərakeşin suverenliyinə keçmə planını dəstəkləməsindən sonra yaranıb.