Soydaşlarımız Niderland parlamentinə etiraz ediblər
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi olaraq burada yaşayan 15 min azərbaycanlı adından Niderland parlamentinə görüş üçün etdiyimiz müraciətə Xarici ölkələrlə İş üzrə komissiyadan müsbət cavab gəldi.
Bu məlimatı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva sosial səhifəsində paylaşıb.
O, qeyd edib ki, kiçik heyətlə millət vəkilləri ilə görüşümüzdə Niderland azərbaycanlıları olaraq etirazımızı bildirdik.
Görüşdə Parlament üzvləri Rde Roon (PVV), I. Kahraman (NSC), D.A. Ergin (DENK) və komissiyanin sədri J.F. Klaver (GroenLinks-PvdA) iştirak etdilər. Hollandiyada yasayan 15 min azərbaycanlı adından petisiya təqdim edilərək Niderlandın birtərəfli mövqeyinə etiraz bildirdik. Parlament üzvlərini Azərbaycana səfər etmək üçün dəvət etdik. Bu məsələyə komissiyanın və parlamentin də iclasında baxılmasını xahis etdik:
"Onu da qeyd edim ki, Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüş ilə bağlı məlumat yayımlanıb.
Məlumat üçün bildirim ki, Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib.
Hollandiyadakı soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib.
Ölkəmizi Niderland Parlamentində daim dəstəkləyən Denk Partiyasına, onların təmsilçisi kimi görüşdə iştirak edən Dogukan Ergin bəyə də xüsusi təşəkkür edirik!".