Sizin Reklam Burada

MKİ: Yaxın həftələrdə İran və İsrail arasında gərginlik arta bilər

MKİ: Yaxın həftələrdə İran və İsrail arasında gərginlik arta bilərABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns hesab edir ki, yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var.

APA xəbər verir ki, Corciya ştatında keçirilən bir konfransında çıxış edən Börns həm İsrail, həm də İran liderlərinin genişmiqyaslı müharibəyə can atmamasına baxmayaraq eskalasiya riskinin yüksək olduğunu bildirib.

Münaqişə İsraillə Livandakı “Hizbullah” təşkilatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda, eləcə də İranın İsrailə son raket hücumundan sonra davam edir.

"Biz ciddi nəticələrə səbəb ola biləcək gözlənilməz toqquşmaların və anlaşılmazlıqların potensialını görürük", - deyən Börns, ABŞ üçün ən vacib vəzifənin vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu vurğulayıb.

Börns həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər