Sizin Reklam Burada

Harris: İran ABŞ-ın əsas düşmənidir

Harris: İran ABŞ-ın əsas düşmənidirABŞ-ın vitse-prezidenti və ən yüksək hökumət postuna demokrat namizəd Kamala Harris seçkilərdə qalib gəlsə, Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcək.

“Report” xəbər verir ki, bu barədə o, CBS telekanalına müsahibəsində açıqlayıb.

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı öz sözünü deməlidir”.

Beynəlxalq münasibətlərə gəlincə xanım diplomat bildirib ki, İran dünyanın bütün ölkələri arasında ABŞ-ın əsas düşmənidir: “İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”.

ABŞ-ın vitse-prezidenti qeyd edib ki, Vaşinqton “Vahid Çin” siyasətinə əməl etməlidir: “Lakin bura Tayvanın özünümüdafiə imkanlarının dəstəklənməsi, o cümlədən Tayvan boğazında azadlığı təmin etmək üçün nə etməli olduğumuz daxildir. Biz Çinlə, xüsusən də hərbi əlaqələri açıq saxlamalıyıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər