HƏMAS Təl-Əvivə raket zərbələri endirdi
Dərc olunub:
7-10-2024, 14:23
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadası İsrail ərazisinə hücumun ildönümündə Təl-Əvivə raket zərbəsi endirdiyini açıqlayıb.
Bu barədə müvafiq bəyanat onların rəsmi Teleqram kanalında dərc olunub.
“Düşmənin mülki əhaliyə qarşı cinayətlərinə cavab olaraq, İzzəddin əl-Qəssamın döyüşçüləri Təl-Əvivə doğru raketlər atıblar”, - məlumatda deyilir.
Qeyd edək ki, raketlərin hədəfləri vurub-vurmadığı barədə məlumat verilmir.