Hizbullahın yeni lideri öldürüldü - KİV
Dərc olunub:
5-10-2024, 16:14
İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra Hizbullahın yeni baş katibi olan Seyid Haşim Səfiəddin həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyə" telekanalı məlumat yayıb.
Bildirilib ki, aviazərbə nəticəsində Haşim Səfiəddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.
Qeyd edək ki, ötən gün İsrail tərəfindən Seyid Haşim Səfiəddinə qarşı sui-qəsd cəhdi edilməsi ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan da İsrail tərəfindən qətlə yetiriliblər.