NATO-nun baş katibi bu gündən işi ilə vidalaşır
Dərc olunub:
1-10-2024, 04:42
NATO-nun Baş katibi Yens Stoltenberq 10 illik vəzifəsindən sonra NATO-nun Brüsseldəki qərargahını tərk edərək, bu gündən yerini Niderlandın keçmiş baş naziri Mark Rutteyə verəcək.
Avrasiya.net xarici mediaya istinadən xəbər verir ki, rəsmi təhvil-təslim mərasimindən sonra onlar təşkilatın əməkdaşları qarşısında çıxış edəcəklər.
Rutte daha sonra NATO baş katibi kimi ilk mətbuat konfransını keçirəcək. Niderlandlı siyasətçi alyansın 14-cü rəhbəri olacaq. Onun mandatı beş ildir və uzadıla bilər.