Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
Livan mənbələrinin məlumatına görə, Hizbullahın rabitə mühəndisi və təşkilatın media və maliyyə direktoru Hüseyn əl-Başa məxfi sənədlər, həssas xəritələr və beş milyon dollarla İsrailə qaçıb.
Bu barədə Günaz TV məlumat yayıb.
Livan televiziyası xəbər verir ki, əl-Başa həmçinin İranın İnqilab Keşikçiləri Korpusu ilə bağlı məxfi sənədləri də özü ilə aparıb.
Əl-Başanın qaçışı Hizbullah və İran üçün ciddi təhlükəsizlik boşluğu kimi qiymətləndirilir. Onun İsrailə qaçması təşkilatın və İranın strateji planlarına dair kritik məlumatların üzə çıxma riskini artırır.
Hüseyn əl-Başa Hizbullah daxilində əsas fiqur kimi tanınırdı və təşkilatın maliyyə işlərində, eləcə də əlaqələrində mühüm rol oynayırdı. Hələlik Hizbullah və İran rəsmiləri bu hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.