Sizin Reklam Burada

Dünyanın ən yaşlı edam məhbusu azadlığa çıxıb

Dünyanın ən yaşlı edam məhbusu azadlığa çıxıbYaponiyada 57 ildir edam hökmünün icrasını gözləyən 88 yaşlı İvao Hakamada məhkəmənin ona qarşı sübutların uydurma olduğuna qərar verməsindən sonra bəraət alıb.

Bununla da dünyanın ən yaşlı edam məhbusu azadlığa çıxıb.

Hakamada 1968-ci ildən müdirini, həyat yoldaşını və iki uşağını öldürməkdə ittiham olunurdu. Uzunmüddətli həbs və edam olunacağını gözləmək onun psixi sağlamlığına təsir edib. Bu səbəbdən bəraət qərarının elan olunduğu iclasda iştirak edə bilməyib. O, 2014-cü ildən bacısının himayəsindədir.

Qətldə ittiham olunan Hakamadanın vəkilləri ittihamda istifadə edilən qanlı paltarın DNT-sinin müvəkkillərinə aid olmadığını iddia ediblər. Məhkəmə araşdırmalardan sonra paltardakı qırmızı ləkələrin qan olmadığı qənaətinə gəlib.

BBC-nin məlumatına görə, Hakamadanın işi Yaponiyanın ən uzun və ən məşhur hüquqi mübarizələrindən birinə çevrilib. Məhkəmə zalında yer almaq üçün 500-dən çox insan növbəyə düzülüb. Qərar alqışlarla qarşılanıb.

Qeyd edək ki, Yaponiyada ölüm cəzası hələ də tətbiq olunur. Bu ölkə ABŞ-la birlikdə G7 ölkələri arasında hələ də ölüm cəzasını tətbiq edən iki dövlətdən biridir.

Hakamadanın 91 yaşlı bacısı Hideko uzun illər qardaşının azadlığa buraxılması üçün mübarizə aparıb: "Nəhayət, ağırlıq çiyinlərimdən götürüldü".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər