Ərdoğan Paşinyana imzalı kitabını hədiyyə etdi
Dərc olunub:
25-09-2024, 08:35
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.
Türkiyə mətbuatı xəbər verir ki, görüşdə Ərdoğan Paşinyana “Daha ədalətli dünya mümkündür” adlı imzalı kitabını hədiyyə edib.
Xatırladaq ki, görüş zamanı iki ölkənin münasibətlərində normallaşma, Azərbaycanla Ermənistan arasında sülh prosesləri müzakirə edilib.