Pavel Durov həbsdən azad olundu
Dərc olunub:
28-08-2024, 18:24
İstintaq hakimi Teleqramın təsisçisi Pavel Durovun ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədi ilə onun polisdə saxlanmasına xitam verib.
Bu barədə BFMTV məlumat yayıb.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransada saxlanılmışdı.