Milyarderin cəsədi sudan çıxarıldı

Milyarderin cəsədi sudan çıxarıldıİtaliyanın Siciliya adasının sahil zolağında yelkənli yaxtanın batması nəticəsində itkin düşənlərin beşinin cəsədi tapılıb.

Avrasiya.net xəbər verir ki, İtaliya Sahil Mühafizə Xidmətinin sualtı axtarış robotu və yanğınsöndürmə briqadasının dalğıcları dənizin 50 metr dərinliyində beş nəfərin cəsədini aşkarlayıb.

Super yaxtanın sahibi, “britaniyalı Bill Qeyts” kimi tanınan məşhur milyarder Mayk Linç və onun qızı Hannanın, “Morgan Stanley International”ın prezidenti Conatan Blumerin və amerikalı vəkil Kris Morvillonun cəsədi sudan çıxarılıb. Digər cəsədin tanınması aparılır. Conatan Blumerin həyat yoldaşı Enn Elizabet Cudit və Kris Morvillonun həyat yoldaşı Neda Morvillo da itkin düşənlər sırasındadır.

Bununla da yaxtanın batması nəticəsində ölənlərin sayı 6-ya çatıb. Xilasetmə qrupları hazırda itkin düşən sonuncu şəxsin axtarışlarını davam etdirir.

Hadisə ilə bağlı aparılan istintaq çərçivəsində yaxtanın kapitanı Ceyms Ketfildin iki saat dindirildiyi bildirilir.

Xatırladaq ki, Böyük Britaniya bayrağı altında üzən “Bayesian” adlı yaxta avqustun 19-u səhər saatlarında Palermo şəhərinin şimal sahilində Portiçello adlı bölgədə batıb. Yaxtanın göyərtəsində sərnişin və ekipaj üzvü olmaqla ümumilikdə 22 nəfər olub. Onlardan biri azyaşlı olmaqla 15 nəfər xilas edilib, bir ekipaj üzvünün cəsədi tapılıb. Xilas edilənlər arasında Mayk Linçin həyat yoldaşı Anjela Bakares də olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər