star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Tramp İranla dost olmaq niyyətindədir

Tramp İranla dost olmaq niyyətindədirABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ümid edir ki, 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gəlsə, İranla dostluq münasibətləri qura biləcək.

“Report” xəbər verir ki, bu barədə o, Nyu Cersi ştatının Bedminster şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

“Mən İrana qarşı pis rəftar etmək istəmirəm. Ümid edirəm ki, İranla dostluq münasibətində olacağıq. Ola bilsin ki, nəticə verəcək, bəlkə də alınmayacaq”, - deyə o qeyd edib.

Respublikaçı həmçinin bildirib ki, yaxşı münasibətlər qurmaq üçün İran nüvə silahına malik olmamalıdır.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu İranın Trampın seçki qərargahına təşkil etdiyi iddia edilən kiberhücumla bağlı araşdırma apardığını təsdiqləyib.

İranın BMT-dəki daimi nümayəndəliyi rəsmi Tehranın “kiberhücumlar həyata keçirmək niyyətində və ya planının olmadığını” bəyan edib və həmçinin qeyd edib ki, İran hakimiyyəti ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər