İsrail ordusu yüksək döyüş hazırlığına gətirildi
Dərc olunub:
13-08-2024, 01:15
İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İrandan gözlənilən mümkün hücum şayiələrinə görə yüksək hazırlıq vəziyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” qəzeti məlumat yayıb.
“İsrail İran və Hizbullahın hücumlar həyata keçirməyə hazırlaşdığını müşahidə etdikdən sonra ilk dəfə olaraq ordusunu yüksək döyüş hazırlığı səviyyəsinə qaldırıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, İran və ya proksilərinin bu həftə, hətta yaxın 24 saat ərzində hücum edə biləcəyi haqda məlumat yayılıb.