ABŞ Yaxın Şərqə nüvə sualtı qayığını göndərəcək
Dərc olunub:
12-08-2024, 11:02
ABŞ-ın müdafiə naziri Lloyd Ostin “USS Georgia” nüvə sualtı qayığının Yaxın Şərqə göndərilməsi, həmçinin “Abraham Linkoln” aviadaşıyıcısının yerləşdirilməsinin sürətləndirilməsi barədə göstəriş verib.
APA xəbər verir ki, bu barədə bazar günü Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə bildirilir ki, Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında ABŞ-ın İsraili qorumaq üçün bütün tədbirləri görməyə hazır olduğunu təsdiqləyib və həmçinin ABŞ-ın gərginliyin artması fonunda Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb.