ABŞ-dan Ər-Riyadı sevindirəcək qərar
Dərc olunub:
10-08-2024, 09:30
Co Bayden administrasiyası Səudiyyə Ərəbistanına hücum silahlarının satışına qoyulan qadağanı ləğv etmək qərarına gəlib.
Bu barədə beş mənbənin "Röyters"ə verdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, üç ildir Yəməndəki müharibə ilə əlaqədar Ər-Riyada təzyiq göstərən Bayden administrasiyası bu siyasətindən geri çəkilir.