ABŞ İranın istənilən addımına hazırdır
ABŞ İranın İsrailə qarşı istənilən addımına hazırdır, lakin hesab edir ki, Tehranın hücum üçün heç bir qanuni əsası yoxdur.
TASS xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi Qəzza zolağında atəşkəslə bağlı danışıqlara dair jurnalistlər üçün keçirilən xüsusi onlayn brifinqdə deyib.
“Biz hesab edirik ki, İranın İsraili hədələməyə davam etdiyi silahlı hücum üçün heç bir hüquqi əsası yoxdur. Amma bilin ki, biz hər hansı gözlənilməz hallara hazır olacağıq”, - deyə o bildirib.
O xatırladıb ki, ABŞ İsrailə mümkün hücumla əlaqədar Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirib. O sözlərinə belə davam edib: "Biz bölgəyə çoxlu sayda hərbi qüvvə, o cümlədən F-22-lər yerləşdirmişik. Ona görə də istənilən fövqəladə vəziyyətə hazır olacağıq".