Mahmud Abbas: Fələstin İsraillə danışıqlara hazırdır
Dərc olunub:
7-08-2024, 10:24
Fələstin sülh konfransı çərçivəsində İsrail tərəfi ilə status məsələsi üzrə danışıqlara hazırdır.
Bunu adı çəkilən dövlətin prezidenti Mahmud Abbas RİA “Novosti”yə müsahibəsində bildirib.
O vurğulayıb ki, Fələstin tərəfi Ərəb Dövlətləri Liqasına üzv olan 6 ölkənin iştirakı ilə yol xəritəsi hazırlayıb və ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının müzakirəsinə təqdim edib.