Ukraynaya hərbi yardım göstərən 40 donor ölkənin iclası keçiriləcək

Ukraynaya hərbi yardım göstərən 40 donor ölkənin iclası keçiriləcəkUkraynaya yeni hərbi yardım üzrə Qərb koordinasiya qrupunun ikinci iclası mayın 23-də onlayn rejimdə keçiriləcək və 40-dan çox ölkədən nümayəndələr iştirak edəcək.

"Report" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi bildirib.

O, əlavə edib ki, iştirakçı ölkələrin siyahısı hələ dəqiqləşdirilir, lakin qrupun aprel ayında Almaniyadakı debüt iclasında olduğu kimi 40-dan çox olacaq.

"Say ilə bağlı heç bir məhdudiyyət yoxdur. Mümkün qədər çox iştirakçı görmək istəyirik", - Kirbi deyib.

Kirbi qeyd edib ki, bu məsləhətləşmələr çərçivəsində Ukrayna tərəfi hərbi əməliyyatların gedişi ilə bağlı son məlumatları təqdim edəcək.

Bu qrupun ilk görüşü aprel ayında Almaniyanın Ramşteyn aviabazasında baş tutub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər