NATO Moldovanı da silahlandıra bilər
Dərc olunub:
21-05-2022, 03:00
NATO müttəfiqləri təkcə Ukraynanın deyil, Moldovanın da alyansın standartlarına uyğun silahlanması məsələsini müzakirə edir.
Bu açıqlama ilə Böyük Britaniya xarici işlər naziri Liz Trass çıxış edib.
“Moldovanın NATO standartlarına uyğun təchiz olunmasını istərdim. Biz müttəfiqlərimizlə müvafiq müzakirələr aparırıq”, - Trass qeyd edib.