Ukrayna bir milyon insanı səfərbər edir
Dərc olunub:
14-05-2022, 10:06
Ukrayna bir milyon insanı səfərbər etmək istəyir.
Bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Ukraynanın müdafiə potensilanın gücləndirilməsinin təmin edilməsi ilə əlaqədar proseslər başladılıb. Düşmənə qarşı müqavimət göstərəcək 1 milyon insanı təmin etmək istəyirik”, - deyə nazir bildirib.
“Strana.ua” nəşri yazır ki, Ukrayna hakimiyyəti ilk dəfə səfərbər edəcəyi vətəndaşların sayını açıqlayır.