Fransada Türkiyə konsulluğuna bomba atıldı
Dərc olunub:
13-05-2022, 00:53
Fransanın paytaxtı Parisdə Türkiyənin Baş Konsulluğuna naməlum şəxslər tərəfindən bomba atılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində Baş konsulluğun intibati binasına ziyan dəyib. Lakin hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə cəlb olunan polis əməkdaşları binaya əldəqayırma qumbara atan şəxslərin axtarışına başlayıb. Konsulluğun təhlükəsizliyi gücləndirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.