Müharibə bu halda bitəcək - Zelenski
Dərc olunub:
12-05-2022, 09:24
Ukrayna xalqı üçün Rusiya ilə müharibə yalnız özümüzə məxsus olan hər şeyi geri alanda bitəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Müharibə Ukrayna xalqı üçün yalnız biz özümüzə məxsus olanı qaytardıqda bitəcək. Açığını deyirəm: bizim çoxa ehtiyacımız yoxdur. Biz dövlətimizə, torpağımıza sülh gətirmək istəyirik. Rusiya bizim bütün hüquqlarımızı əlimizdən aldı, zəbt etdi: torpaq haqqımızı, seçmək hüququmuzu və nəhayət, yaşamaq hüququmuzu...” - Zelenski vurğulayıb.