"İnterpol"un prezidentilə bağlı istintaq başlayıb
Dərc olunub:
11-05-2022, 13:43
Fransada İnterpolun prezidenti Əhməd Nəsir ər-Rəisi barəsində istintaq başlayıb.
Bu barədə Frans-Press agentliyi bildirir.
Qeyd olunur ki, İnterpol rəhbəri işgəncələrdə şübhəli bilinir. Məlumatlara əsasən, ər-Rəisi barədə istintaq martın sonundan etibarən başlayıb.
Fransanın Milli Antiterror Prokurorluğu iki britaniyalıdan daxil olan şikayət əsasında Paris ədliyyəsinə istintaqa başlamağı tapşırıb.
Əhmər Nasir ər-Raisi Birləşmiş Ərəb Əmirliklərində çalışarkən məhkumlara qarşı insan ləyaqətini alçaldan hərəkətlərə yol verməkdə və işgəncə tətbiq etməkdə suçlanır.