Rusiya Suriyadakı qoşunları Ukraynaya göndərir
Dərc olunub:
9-05-2022, 09:19
Rusiya qoşunları Suriyadakı mövqelərini tərk edir.
Avrasiya.net xəbər verir ki, Rusiya hərbi birləşmələrini Suriyadan çıxararaq Ukraynaya yollamağa hazırlaşır.
Məlumata görə, Ukraynaya göndəriləcək canlı qüvvə və texnika hazırda Suriyada 3 aerodroma cəmləşdirilib.
Rusiyanın Müdafiə Nazirliyi hərbçilərinin çıxarıldığı hərbi bazaları İranın İslam İnqilabı Keşikçiləri Korpusuna və Livandakı "Hizbullah"ın Suriyadakı bölmələrinə təhvil verməyi planlaşdırır.