Sizin Reklam Burada

Məşhur oteldə partlayış: Ölü sayı 22-yə çatdı

Məşhur oteldə partlayış: Ölü sayı 22-yə çatdıKubanın paytaxtı Havana şəhərinin mərkəzindəki “Saratoqa” otelində baş verən partlayışda 22 nəfər həlak olub.

Kuba hökuməti bu barədə “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilib ki, xəstəxanalarda 64 nəfər zərərçəkən var, onlardan 14-ü azyaşlıdır. Faciənin qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.

Bundan əvvəl hadisə zamanı həlak olanların sayının 18 olduğu bildirilmişdi.

***

21:19

Kubanın paytaxtı Havana şəhərinin mərkəzində yerləşən Saratoqa hotelində partlayış baş verib.

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yerli media hadisə nəticəsində 4 nəfərin həlak olduğunu bildirib.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi deyilir. Hökumət hadisənin terror ola biləcəyini istisna edir.

Binanın ən azı iki mərtəbəsinin dağıldığı qeyd olunub. "Rebelde" radiosu həlak olanların sayının çox olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.

Neoklassik üslubda olan hotel Sovet İttifaqının süqutundan sonra Britaniya şirkəti tərəfindən təmir edilib və uzun illər dövlət məmurlarını və məşhurları qonaq edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər