Sizin Reklam Burada

Taxılla bağlı təcili ÇAĞIRIŞ – “Vəziyyət daha pis olacaq”

Taxılla bağlı təcili ÇAĞIRIŞ – “Vəziyyət daha pis olacaq”Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli Odessada limanların təcili açılmasını tələb edib.

Avrasiya.net xəbər verir ki, BMT rəsmisi limanlar açılmasa, ərzaq qıtlığı yaşanacağını bildirib.

"Dünyada 44 milyon insan aclıqdan əziyyət çəkir. Biz bu limanları açmalıyıq ki, qida Ukraynadan digər ölkələrə gedə bilsin. Dünya bunu tələb edir, çünki qlobal miqyasda milyonlarla insan bu resurslardan asılıdır. Zaman daralır və hərəkətsizliyin nəticəsi hər kəsin gözlədiyindən daha pis olacaq", - o deyib.

Ümumdünya Ərzaq Proqramının bəyanatında qeyd olunub ki, limanlar müharibə səbəbindən bloklanıb, Odessa və Ukraynanın Qara dənizdəki digər limanlarındakı anbarlarda saxlanılan taxılı ixrac etmək mümkün deyil.

Bildirilib ki, Ukrayna limanları açılmasa, yerli fermerlər iyul-avqust aylarında məhsullarını saxlaya bilməyəcəklər. Bəyanatda, həmçinin qeyd olunub ki, qlobal aclıq böhranı ilə mübarizə aparılan zamanda milyonlarla ton taxılın hədər olması böyük fəsadlara gətirib çıxaracaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər