Qonşusu Rusiyanı hədələdi: “Hərbi addım atılsa, cavabsız qalmayacaq”
ABŞ İsveçin NATO-ya üzvlük müraciətinə baxılarkən, bu ölkənin təhlükəsizliyini dəstəkləməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu İsveç Xarici işlər naziri Ann Linda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra deyib.
“Sizi əmin edirəm ki, bizim Amerikadan zəmanətlərimiz var. Əlbəttə, xüsusi təhlükəsizlik zəmanətləri yoxdur, bu, yalnız NATO-ya tam üzvlükdən sonra verə bilərlər”, - Linda bildirib.
Nazir ABŞ-la yeni təhlükəsizlik sazişlərinin təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Bu, o deməkdir ki, Rusiya arxayın ola bilər ki, təhdid etdiyi İsveçə qarşı hər hansı neqativ hərəkət olarsa, ABŞ onu cavabsız qoymayacaq”, - Linda vurğulayıb.
Neytral İsveç Rusiyanın Ukraynaya müdaxiləsindən sonra təhlükəsizliyini gücləndirmək üçün hərəkətə keçib. Ölkənin bu məqsədlə gələn ay NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir. Lakin Stokholm alyansa qoşulma ilə bağlı rəsmi prosedur başa çatana qədər Rusiyanın hərbi addımlar atacağından ehtiyat edir. Rəsmi prosedur bir il çəkə bilər.