Partiya lideri bayram günü Quranı yandırmaq İSTƏDİ

Partiya lideri bayram günü Quranı yandırmaq İSTƏDİDanimarkanın irqçi Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan İsveçin Uppsala şəhərindəki məscidin qarşısında Qurani-Kərim kitabını yandırmaq istəyib.

Modern.az xəbər verir ki, əraziyə cəlb olunan polis əməkdaşları Paludanı mühafizə edib. Əks-nümayişçilərdən 10 nəfər Paludan tərəfə qaçaraq onun təxribatının qarşısını almağa çalışıb. Nümayişçilərdən qorxan Paludan maşınına əyləşərək dərhal hadisə yerindən qaçıb.

Ərazidə xidmət aparan 50-yə yaxın polis nümayişçiləri sakitləşdirməyə cəhd göstərib. Bu xoşagəlməz olaydan sonra açıqlama verən polis orqanları bir avtomobilin zədələndiyini və hadisənin digər bölgələrə yayılmasının qarşısını almaq üçün tədbirləri davam etdirdiklərini bildirib.

Qeyd edək ki, Danimarka və İsveç vətəndaşlığı olan Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Qurani-Kərimin yandırılmasını təhrik edir. Ötən ilin Ramazan ayında Paludan müsəlmanların sıx yaşadığı məhəllələrin və məscidlərin yaxınlığında təxribatlar törədib.

Rasmus Paludan Pasxa bayramlarında İsveçin paytaxtı Stokholmda və Malmö, Norköpin və Jönköping şəhərlərində təxribatlarını davam etdirib. Onun bir müddət əvvəl Quranı yandırması ölkədə böyük etirazlara səbəb olmuşdu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər