Putin hər gün itirir, ona kimsə kömək etmir – ABŞ

Putin hər gün itirir, ona kimsə kömək etmir – ABŞUkraynada müharibə yəqin ki, diplomatik yolla bitməyəcək, tam qələbə çalana qədər davam edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“Aydındır ki, əgər Putin səmimi şəkildə danışıqlar masasına əyləşmək istəsəydi, istədiyi an, hətta bu gecə belə, atəşkəs elan edə bilərdi və biz masa arxasında danışıqlar apara bilərdik. Bu, düzgün, layiqli və mənəvi addım olardı. Deməli, bu onun öz əlindədir. Və bunun diplomatik yolla bitməsini istərdik. Amma əgər Putin əvvəlki kimi Ukraynanın təslim olmasında israr etmək istəyirsə, o zaman ukraynalılar da döyüşəcək. Bu mübarizədir və biz bu mübarizədə qalib gələnə qədər ukraynalılara kömək etməyə davam edəcəyik”, - o bildirib.

Nuland qeyd edib ki, ABŞ Ukraynanın qələbəsinə inanır:

“Biz Ukraynanın necə inanılmaz cəsarətlə döyüşdüyünü və itkilər verdiyini görürük. Eyni zamanda, Rusiya tərəfinin böyük itkilər verdiyini də görürük. Putinin əvəz edə bilməyəcəyi çoxlu sayda tankları, müasir sistemləri, aviasiyası, silahları necə itirdiklərini görürük, çünki bu işdə ona heç kim kömək etmir. Onunla bu dəhşətli, şər, qəddar, amansız müharibədə döyüşməyə hazır olan rus gəncliyi yoxdur”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər