Moskva Ukraynaya silah verən ölkələri vurmaqla HƏDƏLƏDİ
Dərc olunub:
28-04-2022, 15:34
“Biz Kiyev rejiminə silah dəstəyi verən Qərb ölkələrini vura bilərik”.
"Haber global" xəbər verir ki, belə sensasion açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) səlahiyyətli nümayəndəsi Mariya Zaxarova çıxış edib.
XİN rəsmisi Ukraynaya qayıdan diplomatların da hədəf ola biləcəyi barədə Qərb ölkələrinə ciddi xəbərdarlıq mesajı ünvanlayıb.
Qeyd edək ki, bir sıra Qərb ölkələri Rusiyaya qarşı müharibədə Ukraynaya silah dəstəyi verir.