Ledi Qaqa rusları təhqir etdi: Onlar kütbeyindir!
Dərc olunub:
28-04-2022, 14:27
Amerikalı müğənni Ledi Qaqa Las-Veqasdakı konsertində mahnılar arasında fasilədə dünyada baş verən hadisələrə münasibət bildirib.
Kult.az xəbər verir ki, müğənni Rusiyadan olan fanatları barədə təhqiredici ifadə işlədib.
"Onlar kütbeyindir, axmaqdır, elə də qalacaqlar", - müğənni deyib.
Ledi Qaqa bəyan edib ki, Rusiya hökuməti onu həbs etmək fürsətini əldən qaçırıb:
"Gərək mən Rusiyada olanda həbs edərdilər, indi gecdir".
Bununla onun bir daha Rusiyaya gəlməyəcəyinə eyham vurduğu bildirilir.
Bu çıxışdan sonra Rusiya fanatları müğənninin səhifəsinə təhqiredici cavabla hücuma keçiblər.