ÜTT Rusiyanı üzvlükdən çıxartdı
Dərc olunub:
27-04-2022, 16:36
Ümumdünya Turizm Təşkilatı Rusiyanın üzvlüyünü dayandırdığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə qurumun Tvitter səhifəsində məlumat verilib.
“Rusiya Ümumdünya Turizm Təşkilatından çıxmaq niyyətini açıqlayıb. Müvafiq proses izlənilməlidir və onun başa çatması bir il çəkəcək. Amma dayandırma dərhal qüvvəyə minir!” – məlumatda deyilir.
Qeyd edək ki, Təşkilatın İcraiyyə Şurası martın əvvəlində Rusiyanın üzvlüyünün dayandırılmasını müzakirə etmək üçün tarixdə ilk iclas keçirmişdi. Müharibə başlayandan sonra belə bir təşəbbüslə Qvatemala, Litva, Polşa, Sloveniya və Ukrayna çıxış etmişdi.