Rusiyanın 2 təyyarəsi, 4 tankı məhv edildi
Dərc olunub:
26-04-2022, 01:30
Donbasda Ukrayna ordusu son sutka ərzində rus işğalçılarının 6 hücumunu dəf edib, 2 təyyarə və 3 PUA-nı vurub.
Bu barədə Ukrayna Birləşmiş Qüvvələr Əməliyyatı Feysbuk sosial şəbəkəsində məlumat yayıb.
O cümlədən, ukraynalı müdafiəçilər 4 tank, 5 artilleriya sistemi, 13 zirehli maşın, 15 texnika, iki tanker və bir zenit sistemini məhv ediblər.