ABŞ Ukraynaya MLRS-lər göndərməyə başladı
Dərc olunub:
23-04-2022, 00:30
ABŞ Ukraynanı çoxsaylı raket sistemləri (MLRS) ilə təchiz etməyə başlayıb.
Bu barədə ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland məlumat verib.
Nuland qeyd edib ki, ölkəsi artıq Ukraynanı MLRS sistemləri ilə təmin edir.
O əlavə edib ki, ABŞ hazırda digər NATO müttəfiqləri ilə Ukraynaya daha çox raket sistemi göndərmək üçün işləyir.