Britaniya Ukraynaya 500 milyon dollar kredit ayırır
Dərc olunub:
22-04-2022, 08:19
Böyük Britaniya Ukraynaya 500 milyon dollar məbləğində kredit şəklində maliyyə yardımı göstərmək qərarına gəlib.
"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.
Onun sözlərinə görə, Britaniya xəzinədarlığının rəhbəri müharibə şəraitində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün tərəfdaş ölkələrin resurslarının bir hissəsinin təcili olaraq Ukraynaya verilməsi çağırışını dəstəkləyib.
Marçenko, həmçinin qeyd edib ki, Britaniya Ukraynaya digər ölkələrin və maliyyə təşkilatlarının cəlb edilməsinə çağırıb.
Bundan əvvəl Britaniya Ukraynaya 521 milyon dollar ayırıb və Dünya Bankından 1 milyard dollarlıq kreditin təminatçısı kimi çıxış edib.