ABŞ Çini növbəti dəfə hədələdi
Dərc olunub:
22-04-2022, 00:55
ABŞ Çini geniş sanksiyalar və ixrac nəzarəti ilə hədələyib.
Bu barədə ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.
“Mən özüm bir neçə Çin rəsmisi ilə danışmışam. Biz birbaşa dedik ki, onlar bizim Rusiyaya qarşı sanksiyalar, ixrac nəzarəti baxımından nə etdiyimizi gördülər, bu, onlara Çinin Rusiyaya həqiqətən maddi dəstək göstərdiyi təqdirdə nə edə biləcəyimiz barədə təsəvvür yaratmalıdır. Çin artıq işləri yaxşılaşdırmayan işlər görür. Pekin qalib gələn sistemi sarsıtmağa çalışır”, - Şerman qeyd edib.
Axar.az