Ruslar çıxış edəndə onlar G20 iclasını tərk etdilər
Dərc olunub:
21-04-2022, 01:30
Vaşinqtonda Rusiya tərəfinin çıxışı zamanı Böyük Britaniyanın nümayəndələri G20 iclasını tərk edib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak məlumat verib.
“Nümayəndələrim amerikalı və kanadalı həmkarları ilə birlikdə bu gün Vaşinqtonda keçirilən G20 iclasını rusiyalı nümayəndələr çıxış edərkən tərk etdilər. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və Rusiyanı cəzalandırmaq üçün beynəlxalq koordinasiyanın artırılmasında israr edəcəyik”, - nazir qeyd edib.