Ukraynaya silah verməyə davam edəcəyik - Fransa
Dərc olunub:
19-04-2022, 13:02
Fransa Ukraynaya müdafiə silahları verməyə davam edəcək.
Bunu Fransa Nazirlər Kabinetinin rəsmisi Qabriel Attal deyib.
“Biz müharibəyə son qoymağa çalışmaq üçün bütün faydalı təşəbbüsləri davam etdirəcəyik. Bu o deməkdir ki, Kiyevə həm humanitar yardım edəcəyik, həm də müdafiə silahları verəcəyik”, - Attal bildirib.